aze rus eng
 
Faydalı məlumatlar

Əlillərin hüquqları haqqında konvensiya

Psixi sağlamlıq sahəsində milli strategiya

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu

ətraflı oxu
HAQQIMIZDA

Respublika Psixi Sağlamlıq Mərkəzi 2012-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlıq sahəsində Milli strategiyanın reallaşdırılması məqsədilə yaradılmışdır

 

Mərkəzin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

 

-          Əhaliyə ixtisaslaşmış ambulator müalicə-diaqnostik psixiatrik, psixoloji və psixososial yardımın göstərilməsi;

-          Psixi sağlamlıq sferasında dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak etmək;

-          Əhali arasında psixi sağlamlıq göstəricilərinin monitorinqinin aparılması;

-          Psixi sağlamlıq sistemində kadr potensialının inkişaf etdirilməsi;

-          Beynəlxalq əməkdaşlıq.

 

Mərkəzin fəaliyyəti 2 mərhələdə aparılır.

 

Birinci mərhələdə əhaliyə (erkən müdaxilə proqramının) göstərilən servislərin inkişaf etdirilməsi həyata keçirilir. Bura aiddir: erkən müdaxilə proqramları, gündüz stasionarında müalicə, psixososial reabilitasiya və krizis zamanı yardım.

İkinci mərhələ bütünlüklə Psixi Sağlamlıq təşkil olunması və həyata keçirilməsi ilə əlaqədar olan fəaliyyətdən ibarətdir. Bu mərhələdə epidemioloji məlumatların anamnezi və toplanması, yardımın yeni növlərinin planlaşdırılması və tətbiq olunması göstərilən yardımın qiymətləndirilməsi və monitorinqi, eyni zamanda Psixi Sağlamlıq sahəsində müxtəlif ixtisaslı insanların təlimi həyata keçirilir.

Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Psixi Sağlamlıq Mərkəzinin ixtisaslaşmış komandası əhaliyə yardımın beynəlxalq standartlara cavab verən yeni proqramlarının hazırlanması və reallaşdırılması istiqamətində çalışır. Bu məqsədlə Psixiatriya sahəsində xarici institutlarla sıx əlaqəli işləyir və əhaliyə yardımın yeni formaları sahəsində fikir mübadiləsi aparılır. Bundan əlavə mərkəzin işçiləri Azərbaycan ərazisində bütün spesialistlərə konsultasiyasını, əhaliyə xidmətin monitorinqini, kadr potensialının yaxşılaşdırılması istiqamətində təlim fəaliyyətini həyata keçirirlər.

 

HAQQIMIZDA XİDMƏTLƏR QALEREYA METODİK-TƏŞKİLİ ŞOBƏ XƏBƏRLƏR FAQ ƏLAQƏ
saytlarin hazirlanmasi iş elanları