|
03.03.2021 Gənclər və İdman Nazirliyi Gənclər evləri psixoloqları üçün təlim |
03-05 mart, 2021-ci il tarixlərində Gənclər və idman Nazirliyinin dəstəyilə hərbi əməliyyatlar zamanı zərərçəkmiş şəxslərə psixoloji yardım göstərilməsinə həsr edilmiş təlim keçirilmişdir. Təlim klinik psixoloqlar Günel Quliyeva, Xudaverdi Məmmədov və Aygün Sultanova tərəfindən aparılmışdır. Təlim iştirakçılarına müharibə zamanı yaralanmış hərbçilər, şəhid ailələri, həmçinin zərərçəkmiş mülki şəxslərə yardım edilməsinin üsulları və prinsipləri barəsində məlumat verilmişdir. |
daha ətraflı -> |
|
|
|
|
|
|
19.01.2021 Şizofreniyanın diaqnostika və müalicəsində ən yeni aspektlər |
Hörmətli məsləkdaşlarımız! 25-30 yanvar tarixlərində Psixi Sağlamlıq Mərkəzi Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş növbəti təlimi keçirir. Təlim şizofreniyanın tarixi, diaqnostikası, müalicəsilə bağlı ən son məlumatlara həsr edilmişdir. Psixiatrlar Aydan İsmayılova və Ülkər Məmmədova 6 gün ərzində sizlərlə biliklərini bölüşəcəkdir. Pandemiya ilə əlaqədar təlim online olaraq keçiriləcəkdir. İştirak etmək istəyənlər Şəxsi Kabinetlərində qeydiyyatdan keçə bilərlər. |
daha ətraflı -> |
|
|
|
|
|
|
18.01.2021 Vətən Müharibəsi şəhidləri |
Azərbaycan tarixinə şanlı bir səhifə yazıldı. İşğal olunmuş torpaqlarımız Vətənimizin igid övladları sayəsində azad edilmişdir. Təəssüf ki, bu qürurverici yolda neçə-neçə oğullar canını fəda etdi.
Rəsmi açıqlamaya əsasən, 18 yanvar, 2021-ci il tarixinə qədər 2855 nəfər şəhid dəfn edilmişdir.
Böyük hüzn hissilə BÜTÜN ŞƏHİDLƏRİMİZİ YAD EDİRİK!Onlar hər birimizin qəlbində, millətimizin yaddaşında əbədi olaraq yaşayacaqdır! |
daha ətraflı -> |
|
|
|
|
|
|
02.12.2020 Müharibə iştirakçılarına psixoloji xidmətlər |
Bildiyimiz kimi, Vətən Müharibəsi torpaqlarımızın işğaldan azad olunması ilə sonlandı. Bu ağır günlərdə minlərlə hərbçi yaralanmış, müxtəlif dərəcəli psixi və somatik sağlamlıq problemlərilə üzləşmişdir. Mərkəzimizin psixiatr və psixoloqları onlara yardım göstərməyə davam edir. Diaqnozun müəyyən edilməsi, təsdiqlənməsi, müalicənin təyin edilməsi bütün məsuliyyətilə əməkdaşlarımız tərəfindən yerinə yetirilir.
|
daha ətraflı -> |
|
|
|
|
|
|
10.10.2020 Ümumdünya Psixiatriya Günü |
Bu gün Beynəlxalq Psixiatriya Günüdür. Lakin 2020-ci ildə bütün dünyada pandemiya davam edir. Bu səbəbdən, sosial məsafəni və insanların fiziki sağlamlığını qorumaq üçün bu əlamətdar gün təxirə salındı. Buna baxmayaraq karantin dövründə psixiatrların işi öz sürətində davam edir.
Mərkəzimizə müraciət etmək istəyənlər həftənin 6 günü saat 9-dan 3-dək xidmətlərdən yararlana bilərlər. |
daha ətraflı -> |
|
|
|
|
|
|
01.11.2020 Vətən Müharibəsi |
27 sentyabr, 2020-ci il tarixi Azərbaycan tarixinə işğal olunmuş Qarabağ torpağımız uğrunda Vətən Müharibəsi adı ilə düşdü. Davam edən döyüşlərlə əlaqədar həkimlər də gərgin iş rejimində işləyir. Psixi Sağlamlıq Mərkəzinin psixiatrları, o cümlədən psixoloqları müxtəlif xəstəxanalarda döyüşlərdə yaralanmış hərbçilərin psixoloji müayinəsini aparmaqdadır.
Hər bir əməkdaşımız Vətən uğrunda sağlamlığına zərər dəymiş soydaşlarımıza yardım etməyə hazırdır! |
daha ətraflı -> |
|
|
|
|
|
|
01.04.2020 COVID-19 PANDEMİYASI |
Vətəndaşların nəzərinə!
COVID-19 pandemiyasi ilə əlaqədar Psixi Sağlamlıq Mərkəzinin iş qrafikinə dəyişikliklər edilmişdir Belə ki,həkimlərimiz həftənin yalnız 5 günü hər gün yalnız 1 nəfər olmaqla işləyəcəkdir.Merkezimize müraciət edərkən xahiş olunur pandemiya protokoluna riayət edəsiniz.Hər birinizə sağlamlıq arzulayırıq! |
daha ətraflı -> |
|
|
|
|
|
|
01.03.2020 COVID-19 PANDEMİYASI |
Hörmətli Mərkəzimize müraciət edənlər!Hazırda dünyada tüğyan edən koronavirus pandemiyasi ilə əlaqəli olaraq sizlərdən fiziki məsafəni qorumağınizi,mütləq qoruyucu maskadan istifadə etməyinizi xahiş edirik.Sizin sağlamlığınız bizim sağlamlığımızdir. |
daha ətraflı -> |
|
|
|
|
|
|
01.11.2019 Psixofarmakologiyaya müasir yanaşma təlimi |
24-27 fevral,2020-ci il tarixində Psixofarmakologiyaya müasir yanaşma adlı növbəti təlim baş tutmuşdur. Təlimdə psixiatr və nevroloqlar iştirak etmişdir. |
daha ətraflı -> |
|
|
|
|
|
|
01.05.2019 Psixofarmakologiyaya müasir yanaşma |
01-04 may, 2019-cu il tarixində AR SN Psixi Sağlamlıq Mərkəzində Psixofarmakologiyaya müasir yanaşma mövzusunda 4 günlük təlim keçirilmişdir. Mərkəzin psixiatrları Aydan İsmayılova və Ülkər Məmmədova mövzular haqqında ətraflı, interaktiv şəkildə çıxış etmişdirlər. Təlimdə respublikanın müxtəlif bölgələrindən psixiatr və nevroloqlar iştirak etmiş, sonra sertifikatla təltif edilmişdirlər. Bu təlim akkreditasiyadan keçirilmişdir və iştirakçıları 12 kreditlə təmin edir. Say etibarilə təlim 2-cidir, əvvəl AR 1 saylı Respublika Psixiatriya Xəstəxanasında təşkil edilmişdi. Yaxın zamanlarda yeni mövzularla eyni təlimin yenidən təşkil edilməsi nəzərdə tutulmuşdur. |
daha ətraflı -> |
|
|
|
|
|
10.01.2019 Tomas Şultzun təqdimatında ConliGen təqdimatı |
10 yanvar, 2019-cu il tarixində AR SN PSM təşkilatçılığı və dəvətilə Almaniyadan dəvət edilmiş professor Tomas Şultz tərəfindən Litium preparatının bipolyar affektiv pozuntunun müalicəsindəki rolu mövzusunda treninq keçirilmişdir.
Dünya üzrə Litium tədqiqatçıları litium reaksiyasının genomunu toplamaq məqsədilə litiuma cavablarına görə xarakterizə olunan 1,995-dən çox bipolyar affektiv pozuntu diaqnozlu xəstədən ibarət ən geniş bipolyar xəsətələr qrupunu yaradiblar (Litiuum Genetika Konsorsium adlı) (www.ConLiGen.org) Və ConLiGen tədqiqatına qoşulmaq üçün sizi də dəvət edir. (və ya ConLiGen Dünyada litium tədqiqatçılarının səylərini birləşdirməyə dəvət edir.) |
daha ətraflı -> |
|
|
|
|
|
06.08.2018 31-ci ECNP Konqresi, Barselona |
6-9 oktyabr, 2018-ci il tarixində İspaniyanın Barselona şəhərində 31-ci ECNP Konqresi baş tutmuşdur. Konqresdə AR SN Psixi Sağlamlıq Mərkəzinin həkim-psixiatrları- Aynur Musayeva, Kəmalə Talıbova, Səbinə Babayeva, Ülkər Məmmədova, Səbinə Rəşidova, Günel Əliyeva iştirak etmişdir. Affektiv xəstəliklər zamanı neyroimmun sistemin fəaliyyəti, qlütamat və ağır depressiya, hippokampın neyrogenezi, rezistent OKP zamanı farmakoloji müalicə kimi mövzular konqresin əsas müzakirə məsələləri olmuşdur. |
daha ətraflı -> |
|
|
|
|
|
|
06.06.2018 Azərbaycan və İsraildə psixiatriya xidmətinin təşkilati və hüquqi aspektləri Beynəlxalq Konfransı |
6 İyul 2018-ci ildə ölkəmizdə və İsraildə psixiatriya yardımının təşkil edilməsi mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir. Konfrans, Səhiyyə Nazirliyinin Psixi Sağlamlığı Mərkəzi, Azərbaycanda milli psixoloji siyasət və psixi sağlamlıq sahəsində xidmətlərin təşkili, İsraildə psixi sağlamlıq xidmətlərinin hüquqi aspektləri və s. mövzular müzakirə edilmişdir. İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dan Stav tədbiri açıq elan etmişdir. Müxtəlif mövzularla yanaşı, Bakı şəhəri baş psixiatrı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov, PSM direktor müavini Rüstəm Salayev, Səhiyyə Nazirliyinin baş psixiatrı , professor Teymur Qafarov, İsrail PSM direktor müavini Dr. A. Teitelbaum, doktor M. Kalyan, Beynəlxalq Azərbaycan-İsrail Assosiasiyasının baş direktoru Lev Spivak və başqaları psixiatriyaya dair müxtəlif mövzularla çıxış etmişdir. |
daha ətraflı -> |
|
|
|
|
|
29.06.2018 1-ci Şərqi Avropa Qida Davranışı Pozuntuları Şəbəkəsi üzrə Beynəlxalq ikidilli Konfrans |
2018-ci il, EEEDN Konfransı qida davranışı pozuntuları üzrə Yeni Müstəqil dövlətlərdə keçirilən ilk ikidilli beynəlxalq konfransdır. Konfransda Finlandiya, Norveç, İspaniya və Birləşmiş Krallıqdan aparıcı mütəxəssislər iştirak edəcəklər. |
daha ətraflı -> |
|
|
|
|
|
03.03.2018 26-cı Avropa Psixiatriya Konqresi |
3-6 mart, 2018-ci il tarixində Fransanın Nis şəhərində 26-cı Avropa Psixiatriya Konqresi həyata keçirilmişdir. Konqresin mövzüsu Psixi Sağlamlıq - inteqrasiya, innovasiya və individualizm olmuşdur. Tədbir zamanı yeni yanaşma üsulları tələb edən müharibə, terrorizm, iqtisadi mıəhdudiyyət və bu kimi digər mürəkkəb problemlərin araşdırılması, öyrənilməsi və profilaktikasına dair yeni texnologiyaların və tədqiqat nəticələrinin inteqrasiyası mövzusuna xüsusi əhəmiyyət verilmişdir. Konqresdə bütün dünyadan psixi sağlamlıq sahəsində çalışan bir çox mütəxəssislər iştirak etmişdir. Azərbaycanı təmsil edənlər arasında Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliylə yanaşı, AR SN Psixi Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılov və mərkəzin Reabilitasiya şöbəsinin müdiri Röya Əliyeva yer almışdır. |
daha ətraflı -> |
|
|
|
|
|
|
03.02.2018 Inklüziv Rəqs Metodu |
Fevral, 2018-ci il tarixindən etibarən AR SN Psixi Sağlamlıq Mərkəzinin Reabilitasiya şöbəsində DanceAbility dərslərinə başlanıldı. Bu dərslər zamanı iştirakçılar rəqs vasitəsilə "danışmağı" öyrənirlər. Hər dərs unikal şəkildə struktura malikdir. Dərslər elə şəkildə qurulmuşdur ki, buarada hər kəs bir-birindən öyrənir, təcrübə əldə edir, nəticədə öz kompozisiyasını yarada bilir. Məşqlər duet, trio və ya bütün qrupla aparılır. DanceAbility dərslərinin məqsədlərindən biri reabilitasiya keçən şəxslərə ünsiyyətin yeni növlərini öyrətməkdən ibarətdir. |
daha ətraflı -> |
|
|
|
|
|
|
16.03.2018 Şərqi Avropa gənc psixiatrlarının birinci konqresi |
Konqressin məqsədi Şərqi Avropa ölkələrində ixtisaslaşmış tibbi yardım göstərilməsinə müxtəlif yanaşmaların, psixi vədavranış pozuntularının yaranması, inkişafı, müalicəsi və profilaktikasına dair müasir fundamental təsəvvürlərin müzakirəsi olmuşdur. Elmi-praktik tədbirdə iştirak üçün praktik iş stajı 10 ilə qədər olan həkim-psixiatr və narkoloqlar, səhiyyə təşkilatçıları, tibbi xidmət sahəsində çalışan digər şəxslər dəvət edilmişdir. Psixi Sağlamlıq Mərkəzindən həkim-psixiatrlar Cəmilə İsmayılova və Rüstəm Salayev iştirak etmişdir. Cəmilə İsmayılova və Rüstəm Salayevin çıxış mövzuları müvafiq olaraq "Remissiya dövründə olan ağır psixi xəstələrin dəstəkləyici terapiyaya ehtiyacının analizi" və "Psixi sağlamlıq sahəsində müasir texnologiya vasitələrinin istifadəsi (sosial şəbəkə və qacetlər)". |
daha ətraflı -> |
|
|
|
|
|
16.01.2018 İntihar xəbərlərinin insan psixologiyasına təsiri |
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyir ki, hazırda internet, sosial şəbəkələr insanları rahatlıq tapmağa imkan vermir və onlar bu vasitə ilə mənfi məlumatları daha tez alır. Psixiatrın sözlərinə görə, depressiyada olan, özünə qapanan insan son məqamda intiharı seçə bilər. Buna görə, biz öz yaxınlarımıza qarşı diqqətli olmalı, depressiya əlamətləri gördükdə həyəcan təbili çalmalıyıq. |
daha ətraflı -> |
|
|
|
|
|
|
07.12.2017 İnsan alverindən xilas olanlar üçün psixososial yardım |
7-9 dekabr, 2017-ci il tarixində İnsan alverinə həsr edilmiş treninqlər çərçivəsində İnsan alverindən xilas edilmiş şəxslərə psixososial yardım adlı növbəti görüş baş tutmuşdur. Görüşdə Aazərbaycanın müxtəlif bölgələrindən psixiatr və psixoloqlar, AR SN Psixi Sağlamlıq Mərkəzinin klinik psixoloqları Aygün Sultanova və Günel Vəliməmmədova, Təcili Psixoloji Yardım şöbəsinin müdiri psixiatr Kəmalə Talıbova, sosial işçi Aynur Hacıyeva iştirak etmişdir. |
daha ətraflı -> |
|
|
|
|
|
20.11.2017 ÜST Avropa Regional Bürosunun Psixi Sağlamlıq Proqramı |
ÜST Avropa Regional Bürosu Qeyri-infeksion xəstəliklər şöbəsi "Həyat kursu", "Psixi Sağlamlıq" proqramı vasitəsilə "Təcrübə mübadiləsi üzrə müzakirələr; İrəliləmə planı" adlı görüş təşkil etmişdir. Görüş ÜST-nın psixi pozuntusu olan və Avropa regionunda yaşayan yetkin şəxslərə dair layihəsi çərçivəsində 20-21 noyabr, 2017-ci il, Portuqaliya, Lissabon Qlobal Psixi Sağlamlıq İnstitutunun təşəbbüsü ilə baş tutmuşdur.
Görüşün məqsədi layihənin qiymətləndirmə mərhələsində mənimsənilməsi və sonrakı addımlar haqqında məlumat verilməsidir. Görüşdə 13 iştirakçı ölkədən milli komanda, Avropa Piker İnstitutunun əməkdaşları, ÜST-nın Baş ofisi və Avropa Regional Bürosunun üzvləri iştirak etmişdir. Azərbaycanı AR SN Psixi Sağlamlıq Mərkəzinin direktoru prof.Fuad İsmayılov təmsil etmişdir. |
daha ətraflı -> |
|
|
|
|
|
1 2
3
|