aze rus eng
 
Faydalı məlumatlar

Əlillərin hüquqları haqqında konvensiya

Psixi sağlamlıq sahəsində milli strategiya

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu

ətraflı oxu
XƏBƏRLƏR
15.08.2014
Bizim fəaliyyətimiz və nailiyyətlərimiz

           Mərkəzin əsas fəaliyyət istiqaməti kadr potensialı və beynəlxalq münasibətlərdir. PSM-in və digər psixiatriya münasibətlərinin 11 nümayəndəsi   Universitenin və Koç Universitenin Tibb fakültəsində psixi sağlamlıq və bioetika sahəsindəki təqdiqatlar üzrə birgə programda iştirak etmişlər. Proqramın  direktoru Harvard Universitetinin professoru Kerim Munizdir (şəklə bax)

2013-cü  ilin may ayında PSM-də Türkiyənin psixiatriya akademik institutunun  aparıcı professorları tərfindən   “Psixozların diaqnaostikası və müalicəsi” mövzusu üzrə treninq keçirilmişdir. Treninqdə ayrı-ayrı psixi sağlamlıq müəssisələrinin əməkdaşları, həmçinin regionlarda işləyən psixiatrlar iştirak etmişlər.

2014-cü ilin fevral ayında Amerikadan olan professorlar Pamela İ. Wright-Etler (Cənubi Karolinanın Tibb məktəbi) və Kevin M.Etter (Bİll Hefher Veterans Administrationh Medical Center Charlotte , North Carolina). (şəklə bax) üçün PSM-də seminar və leksiyalar təşkil olunmuşdur. Cavan mütəxəssislər Amerika psixiatrları tərəfindən aparılan real xəstələrin təhlilində iştirak etmək imkanı qazanmışdır.

 2013-cü ilin  dekabrında SN rəhbərliyinin tapşırığına əsasən Psixiatriya müəssisələrinin baş həkimləri üçün “ Psixiatriya  yardımı ”  haqqında qanuna və  psixi pozuntusu olan şəxslərin hüquqlarına dair treninq keçirilmişdir. Bu treninqin aparılmasının uğurlu təcrübəsi  bu işi davam etməyə imkan vermişdir ki, 2014-cü ilin avqust ayından başlayaraq ölkənin bütün regionlarının psixiatriya müəssisələrində  işləyənlər  üçün  müntəzəm  qayda olaraq hər həftənin 6-cı günü bu treninq də iştirak etmək imkanı qazanılmışdır.

2014-cü il iyul ayında PSM SN-in  “ Qaynar xətt ”in də çalışan  2 qrup əməkdaşları üçün 2 günlük treninqlər, ilkin psixoloji yardımın göstərilməsi stres  menecment və komanda işi kimi məsələlər geniş müzakirə olunmuşdur. Treninqin əsas yekun nəticəsi SN-in qaynar xəttində  çalışan mütəxəssislər PSM-in yardım xəttində  işləyən işçilər arasında əməkdaşlığın möhkəmlənməsi olmuşdur.

2013-cü ilin fevral ayından iyuna kimi PSM-də Avropa İttifaqının Psixi Sağlamlıq Xidmətləri istifadəçilərinin rolunun gücləndirilməsi proyekti çərçivəsində  Azərbaycanın 5 regionunda  bir sıra təlimlər təşkil olunmuşdur. Teninqin proqramına daxildir:

·         Azərbaycanın psixiatriya mütəxəssislərində psixososial reabilitasiyasının aparılması (Ruta Lukosaityte, Rosa Verseckaite 1 fevral 2013).

·         CMU- də  psixi sağlamlıq suallarının genişlənsirilməsi (Arunas Germenyavichus, mart 2013).

·         Psixi pozuntu olan şəxslərin müdafiəsi (Nana Zavdrashivili, İyun 2014)

 

HAQQIMIZDA XİDMƏTLƏR QALEREYA METODİK-TƏŞKİLİ ŞOBƏ XƏBƏRLƏR FAQ ƏLAQƏ
saytlarin hazirlanmasi iş elanları