PSM-də Ümumdünya Psixi Sağlamlıq Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının ölkədaxili ofisinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, o cümlədən Mərkəzimizin rəhbərliyi və işçi heyəti iştirak etmişdir. Konfransda 2016-cı ildə respublikanın iri tibb müəssisələrində psixoloq ştat vahidlərinin açılması haqqında məlumat verildi.
Tədbir zamanı PSM direktoru Fuad İsmayılov ilkin psixoloji yardımın RAPİD modeli haqqında məlumatla çıxış etdi. Mərkəzin direktor müavini Rüstəm Salayev Lissabon Universitetinin Psixi sağlamlıq siyasəti, psixoloq Aygün Sultanova Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş psixoloji müayinəyə dair metodik tövsiyələrə dair təqdimatla, psixiatr İkram Rüstəmov Harvard psixi sağlamlıq üzrə təhsil proqramında iştirakına dair məlumatları iştirakçıların diqqətinə çatdırdı. |