aze rus eng
 
Faydalı məlumatlar

Əlillərin hüquqları haqqında konvensiya

Psixi sağlamlıq sahəsində milli strategiya

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu

ətraflı oxu
XƏBƏRLƏR
17.10.2016
Regionlarda Psixoloji Xidmətin təşkilinə dair treninq

Azərbaycan Respublikası Səhiyyə Naziri Oqtay Şirəliyevin 17.05.2016-cı il tarixli 34 saylı "Respublikanın regionlarında uşaq psixi sağlamlıq xidmətinin təkmilləşdirilməsi haqqında əmrinə əsasən Azərbaycan Respublikası regionlarında uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılmışdır. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Psixi Sağlamlıq Mərkəzində regionlarda psixoloji xidmətin təşkilinə dair treninq təşkil edilmişdir. Treninqdə bölgələrdə-Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Quba,  Lənkəran, Şirvan şəhərlərində fəaliyyət göstərən psixoloqlar, psixiatrlar, loqopedlər iştirak etmişdir. Mərkəzimizin həkim və psixoloqları psixoloji xidmətin təşkili, həmçinin psixi xəstəliklər və onların müasir müalicə üsulları, reabilitasiya proqramları haqqında təqdimatlarla çıxış etmişdirlər. Treninq zamanı autizm spektrli pozuntusu olan uşaqlara psixososial müdaxilələr, multidisiplinar komanda fəaliyyətinin təşkili, autizmli uşaqların ailələrilə iş prinsipləri, uşaq və yeniyetmələrdə nitq və davranış vərdişləri və s. interaktiv şəkildə müzakirə edilmişdir. 

HAQQIMIZDA XİDMƏTLƏR QALEREYA METODİK-TƏŞKİLİ ŞOBƏ XƏBƏRLƏR FAQ ƏLAQƏ
saytlarin hazirlanmasi iş elanları