aze rus eng
 
Faydalı məlumatlar

Əlillərin hüquqları haqqında konvensiya

Psixi sağlamlıq sahəsində milli strategiya

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu

ətraflı oxu
XƏBƏRLƏR
02.10.2016
Psixoloji müayinəyə dair metodik tövsiyə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 iyun 2016-cı il 33 saylı qerarı ile təsdiq edilmiş Psixoloji müayinəyə dair metodik tövsiyə dərc olundu. Metodik tövsiyənin müəllifləri t.e.d. professor Fuad İsmayılov və Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Aygün Sultanovadır. 

Son zamanlar Azərbaycanda psixi sağlamlıq sisteminə ayrılan diqqət nəticəsində klinik psixologiya sahəsi inkişaf etməyə başlamış, ölkəmizdə bu sahəyə böyük maraq yaranmışdır. Klinik psixoloqun ixtisas dairəsinə psixopatologiya, inkişaf psixologiyası, neyropsixologiya, davranışın əsasları, sağlamlıq psixologiyası və psixoterapiya daxildir. Təəssüf ki, bu zamana kimi bizim ölkəmizdə psixoloqlar üçün hesabat forması yaradılmadığından məhz bu sahədə göstərilən xidmətin nəticələrinin son qiymətləndirilməsinin aparılmasında müxtəlif problemlər yaranır. Bu boşluğu aradan qaldırmaq üçün biz psixoloji müayinə haqqında hesabat vəsaiti yaratmağı qərara aldıq. Müasir standartlara uyğun olan bu vəsait həm tədris, həm də praktik məqsədlər üçün istifadə edilə bilər.

Metodik tövsiyənin elektron variantı ilə burada https://www.facebook.com/l.php?u=https%3A%2F%2Fdrive.google.com%2Ffile%2Fd%2F0B5tiTv3YId5YU3dSX2QxOWhyMTQ%2Fview&h=sAQE72tRZ tanış ola bilərsiniz.

HAQQIMIZDA XİDMƏTLƏR QALEREYA METODİK-TƏŞKİLİ ŞOBƏ XƏBƏRLƏR FAQ ƏLAQƏ
saytlarin hazirlanmasi iş elanları