Psixi Sağlamlıq Mərkəzinin Psixososial reabilitasiya şöbəsi işçi ve pasiyentlərlə birlikdə içərişəhərə gəzinti təşkil etdi. Psixi problemləri olan insanlara qarşı stiqmaya (damğaya) ve diskriminasiyaya (ayri-seçkiliyə) son qoyaq.
Onların təhlükəli olmadığını, qayğıya ehtiyaclarının olduğunu geniş kütlələrin diqqətinə çatdırmaq lazımdır. Bu məqsədlə Psixi Sağlamlıq Mərkəzinin Reabilitasiya şöbəsinin kollektivi olaraq tez-tez pasiyentlər üçün onların cəmiyyətə adaptasiyasına kömək edən tədbirlər həyata keçiririk. Bu çərçivədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyilə gəzinti təşkil edildi. |