24 dekabr 2016-cı ildə Şəhriyar adına Mədəniyyət evində Bədən.İnsan.Səs adlı sosial layihə baş tutmuşdur. Layihənin rəhbəri Səid İsmayılzadədir. Tədbirdə layihənin birliyi təcəssüm etdirən "Together" adlı himni səsləndirilmişdir. Layihənin məqsədi müxtəlif dini, dili və irqi mənsubiyyəti olan, həmçinin əqli və fiziki məhdudiyyəti olan insanları birləşdirmək və onlara qarşı cəmiyyətə olan stiqmaya son qoymaq üçün addım atmaqdır. Tədbirdə müxtəlif internat-məktəblərin kollektivləri, Daun sindromlu insanların müalicə mərkəzi, Psixi sağlamlıq mərkəzinin reabilitasiya şöbəsinin kollektivi iştirak etmişdir. |