aze rus eng
 
Faydalı məlumatlar

Əlillərin hüquqları haqqında konvensiya

Psixi sağlamlıq sahəsində milli strategiya

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu

ətraflı oxu
XƏBƏRLƏR
16.01.2017
Uşaq psixi sağlamlığına dair treninq

Son illər psixi sağlamlıq sahəsinin inkişafına, xüsusilə də uşaq psixi sağlamlığına geniş qayğı və diqqət ayrılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bu sahəyə aidiyyəti qurumlan cəlb etməklə adıçəkilən sahədə bir çox əhəmiyyətli işlər həyata keçirmiş nailiyyətlər əldə etmişdir.

 

Belə layihələrin davamı kimi AR Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində 16-20 yanvar 2017-ci il tarixlərdə 5 günlük treninq həyata keçirilmişdir. Treninq xarici mütəxəssislər - “Psixiatriyada Qlobal Təşəbbüs”-Tbilisi təşkilatının əməkdaşları Nino Maxaşvili və Cana Cavaxişvili tərəfindən təqdim edilmişdir. Treninq zamanı uşaqlarda rast gəlinən emosional və davranış pozuntuları geniş müzakirəyə çıxarılmışdır. Qeyd etmək lazımdır ki treninq zamanı Psixi Sağlamlıq Mərkəzində fəaliyyət göstərən “Ailə Yardim Mərkəzi"nin komandasına spesifik biliklər təqdim edilmişdir. Treninq nəticəsində əldə edilmiş bilik və vərdişlər ehtiyacı olan ailələrə zəruri yardımın göstərilməsinə yönəlmişdir.

 

Qeyd edək ki, : “Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi" Layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” proqramı çərçivəsində İnkişaf NaminəTəşəbbüs İctimai Birliyi tərəfindən icra olunur. Layihənin xarici partnyoru isə dünyada geniş tanınmış “Psixiatriyada Qlobal Təşəbbüs” İctimai Birliyinin Gürcüstan nümayəndəliyidir.

HAQQIMIZDA XİDMƏTLƏR QALEREYA METODİK-TƏŞKİLİ ŞOBƏ XƏBƏRLƏR FAQ ƏLAQƏ
saytlarin hazirlanmasi iş elanları