aze rus eng
 
Faydalı məlumatlar

Əlillərin hüquqları haqqında konvensiya

Psixi sağlamlıq sahəsində milli strategiya

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu

ətraflı oxu
XƏBƏRLƏR
01.04.2017
25ci Avropa Psixiatriya Assosiasiyası Konqresi

25ci Avropa Psixiatriya Assosiasiyası Konqresi ən böyük beynəlxalq psixiatrlar birliyi olub Florensiya, İtaliyada 1-4 aprel, 2017-ci ildə baş tutmuşdur.

Konqresin mövzusu "Psixi Sağlamlıq naminə birlikdə" olmaqla bu sahədə cari səyləri vurğulayaraq psixi sağlamlığın ictimai səhiyyənin mühüm tərkib hissəsi olduğunu - bütün Avropa ölkələrində insan, sosial və iqtisadi kapitala mühüm təsir göstərdiyini təsdiqləmək məqsədi daşıyır. Onun inkişafı səhiyyə sistemində çalışan mütəxəssislərlə yanaşı, həmçinin digər sahələr, o cümlədən sosial və ekologiya siyasəti, təhsil, uşaqların sosial müdafiəsi, narkomaniya və cinayətkarlıq sektorlarında çalışan insanların birgə fəaliyyətini tələb edir.
Konqresdə xüsusi diqqət neyroelmlər və sosial elmlər arasındankı disskusiyaya verilmişdir. Bu müzakirə zamanı uzun zaman peşə sahəmizi və ictimai fikri yanlış yönləndirən ənənəvi biologiya və insan münasibətləri arasındakı ayrıseçkilik məsələsinə aydınlıq gətirdi.
Tədbirdə AR SN Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov, Mərkəzin direktor müavini Rüstəm Salayev, həkimlər Səbinə Kərimova və Cəmilə İsmayılova iştirak etmişdir.
HAQQIMIZDA XİDMƏTLƏR QALEREYA METODİK-TƏŞKİLİ ŞOBƏ XƏBƏRLƏR FAQ ƏLAQƏ
saytlarin hazirlanmasi iş elanları