10 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə Psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, Ədliyyə və Fövqəladə Hallar Nazirliklərin nümayəndələri, Ümümdünya Səhiyyə Təşkilatının ölkədaxili ofisinin və bir sıra ictimai təşkilatların nümayəndələri iştirak etmişdirlər.
Konfrans Ümumdünya Səhiyyə Təşkilatının nümayindəsinin Psixi Sağlamlıq Gününə dair müraciəti ilə açılmışdır. Bu ilin mövzusu olaraq ÜST tərəfindən “İş yerində psixi sağlamlıq” seçilmişdir.
Psixi Sağlamlıq sahəsində göstərilən xidmətlərin yaxşılaşdırılması üçün görülən və nəzərdə tutulan planlar müzakirə olunmuş, Uşaq psixiatriya yardımında yeniliklər, həmçinin yeni reabilitasiya növləri, psixoloji maarifləndirmə və sosial bacarıqların inkişaf proqramları işıqlandırılmışdır.
Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri- Rüstəm Salayev, Günel Quliyeva, Günel Vəliməmmədova və Röya Əliyeva, Nərmin Quliyeva, Qumru Əhmədova 2016-2017 illərdə aparılmış işlər, tədqiqatlar, yeni pilot proqramları və digər ölkələrlə birgə keçirilmiş layihələri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. |