|
16.12.2017 Respublika Ümumpsixiatriya Konfransı |
1saylı Respublika Psixiatriya Xəstəxanasında 16 dekabr, 2017-ci il tarixində Respublika Ümumpsixiatriya Konfransı təşkil edilmişdir. Konfrans 1saylı RPX-nın baş həkimi A.R.Rəsulov tərəfindən açıq elan edilmişdir. Tədbir zamanı Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti prof.Nadir İsmayılov, prof. Teymur Qafarov, psixiatrlar Kazımov Ə.Ə., Əsədullayev A., Tağıyev M., həmçinin AR SN Psixi Sağlamlıq Mərkəzinin direktoru prof.Fuad İsmayılov, direktor müavini Rüstəm Salayev, klinik psixoloq Aygün Sultanova çıxış etmişdirlər. Məruzə mövzuları psixi pozuntudan əziyyət çəkən şəxslərin hüquqlarının ÜST tərəfindən qiymətləndirilməsi, affektiv xəstəliklərin müasir müalicə üsulları, əllilərin hüquqları üzrə BMT təsdiqi mövzuları olmuşdur. |
daha ətraflı -> |
|
|
|
|
|
20.10.2017 Neyropsixofarmakologiya üzrə növbəti ECNP seminarı, Tbilisi, Gürcüstan |
20-22 oktyabr, 2017-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində növbəti neyropsixofarmakologiya üzrə ECNP seminarı təşkil edilmişdir. Seminarda Gürcüstan, Azərbaycan və Ermənistandan psixiatrlar iştirak etmişdir. Azərbaycanı 8-i AR SN Psixi Sağlamlıq Mərkəzində işləyən 11 nəfərlik komanda təmsil etmişdir. 2 gün davam edən görüş zamanı psixozların yeni müalicə üsulları və antipsixotiklər, klinik tədqiqatın aparılma qaydaları və digər mövzular haqqında məlumat verilmişdir. Bütün iştirakçıılar apardıqları tədqiqata həsr edilmiş prezentasiya ilə çıxış etmiş və hər mövzu ətrafında müzakirələr aparılmışdır. |
daha ətraflı -> |
|
|
|
|
|
|
10.10.2017 Beynəlxalq Psixi Sağlamlıq Günü |
10 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə Psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, Ədliyyə və Fövqəladə Hallar Nazirliklərin nümayəndələri, Ümümdünya Səhiyyə Təşkilatının ölkədaxili ofisinin və bir sıra ictimai təşkilatların nümayəndələri iştirak etmişdirlər. |
daha ətraflı -> |
|
|
|
|
|
|
02.10.2017 Beynəlxalq Qeyri Zorakılıq Günü |
Hər il 2 oktyabr tarixi dünyada Beynəlxalq Qeyri Zorakılıq Günü kimi qeyd edilir. Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları zorakılıqla mübarizəyə xüsusi həssaslıqla yanaşır və daim bu mövzuya həsr edilmiş tədbirlərdə iştirak edirlər.
02 oktyabr, 2017-ci il tarixində Psixi Sağlamlıq Mərkəzinin direktor müavini, həmçinin Ailə Yardım Mərkəzinin direktoru, psixiatr Rüstəm Salayev və uşaq psixiatrı Nərmin Quliyeva Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Həssas əhali qruplarının sosial iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda geniş təqdimatla çıxış etdilər. Onlar çıxış zamanı məişət zorakılığı və onunla mübarizə, “Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi" layihəsi çərçivəsində bu istiqamətdə həyata keçirilmiş işlər mövzusunda ətraflı məlumat təqdim etmişdirlər. |
daha ətraflı -> |
|
|
|
|
|
30.09.2017 Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi |
30 sentyabr və 1 oktyabr 2017- tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzində “Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi" layihəsi çərçivəsində növbəti treninq keçiriləcəkdir. Treninqdə Autizm haqqında məlumat, onun diaqnostik meyarları, autizmli uşaq böyüdən ailələrə psixoloji yardım və s. haqqında ətraflı məlumat veriləcəkdir. Treninq həkim-psixiatrlar Nərmin Quliyeva və Rüstəm Salayev? psixoloq Günel Vəliməmmədova tərəfindən aparılacaqdır.
İştirak etmək istəyənlər 29 sentyabr 11:00-a qədər qeydiyyatdan keçə bilər. |
daha ətraflı -> |
|
|
|
|
|
|
02.09.2017 30-cu ECNP Konqresi |
ECNP Konqresi sinir sistemi xəstəliklərinə dair Avropada hər il təşkil olunan ən böyük tədbirdir. Hər il beyin xəstəlikləri və onların müalicə üsulları, bu sahədə əldə edilmiş yenilikləri müzakirə etmək üçün bu Konqresdə bütün dünyadan 4000-6000 nəfər psixiatr, neyrobioloq, nevroloq və psixoloq iştirak edir. ECNP Konqresi insan davranışı, təfəkkürü, emosiyaları kimi sferaları əhatə edən fundamental elmlərdən klinik yardıma qədər geniş bir mövzuya dair ən son yenilikləri bölüşmək üçün təşkil olunmuş ilk tədbirdir.
Bu il Konqress 2-5 sentyabr, Fransanın paytaxtı Paris şəhərində tşəkil edilmişdir. Konqresdə Azərbaycanı Psixi Sağlamlıq Mərkəzinin həkim-psixiatrları Cəmilə İsmayılova, Kəmalə Talıbova, Rüstəm Salayev və Röya Əliyeva təmsil etmişdir.
|
daha ətraflı -> |
|
|
|
|
|
15.06.2017 Avropa regionlarında psixi pozuntusu olan şəxslərlə bağlı ÜST tərəfindən hazırlanmış layihə |
Avropa regionlarında psixi pozuntusu olan şəxslərlə bağlı ÜST tərəfindən hazırlanmış layihə əsasında belə pasiyentlərin stasionarda saxlanma şəraitinin qiymətləndiriliməsi həyata keçirilmişdir. Qiymətləndirmə üçün ÜST-nın QualityRights Tool Kit tətbiq edilmişdir. Layihənin üzvləri AR SN PSM direktoru, professor Fuad İsmayılov, həmin mərkəsin psixoloqları Aygün Sultanova və Günel Vəliməmmədova, psixiatr Cəmilə İsmayılova və Qumru Əhmədova olmuşdur. |
daha ətraflı -> |
|
|
|
|
|
22.06.2017 Uşaqlara qarşı zorakılığın aşkarlanması, Tibbi-Psixoloji Yardımın Göstərilməsi işinin gücləndirilməsi və imkanların genişləndirilməsi |
22-23 iyun, 2017-ci il tarixində İSİM tərəfindən "Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı"na əsasən uşaqlara qarşı zorakılığın önlənməsi istiqamətində görülmüş işlər və uşaq zorakılığının aradan qaldırılması layihəsi çərçivəsində təqdimatla Azərbaycan və Gürcüstan səhiyyə əməkdaşları müxtəlif məruzə və təqdimatlarla çıxış etmişlər. |
daha ətraflı -> |
|
|
|
|
|
|
18.05.2017 Psixiatriya xəstəxanalarında çalışan tibb bacıları arasında stiqmanın araşdırılması və azaldılmasına dair treninq |
18-19 may, 2017-ci il tarixlərində Şəki və Gəncə şəhərlərində Psixiatriya xəstəxanalarında çalışan tibb bacıları arasında stiqmanın araşdırılması və azaldılmasına dair treninq keçirilmişdir. Treninqin rəhbəri AR SN Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayevdir. |
daha ətraflı -> |
|
|
|
|
|
|
01.06.2017 Uşaq və yeniyetmələrin psixi sağlamlığına həsr edilmiş dəyirmi masa |
1 iyun, 2017-ci il tarixində AR SN Psixi Sağlamlıq Mərkəzində uşaq və yeniyetmələrin psixi sağlamlığına həsr edilmiş dəyirmi masa keçirilmişdir. Görüşdə dövlət uşaq müəssisələrinin əməkdaşları, Avropa Birliyinin, UNDP nümayəndələri, həmçinin qeyri hökümət təşkilatlarının təmsilçiləri iştirak etmişdir. |
daha ətraflı -> |
|
|
|
|
|
|
01.04.2017 25ci Avropa Psixiatriya Assosiasiyası Konqresi |
25ci Avropa Psixiatriya Assosiasiyası Konqresi ən böyük beynəlxalq psixiatrlar birliyi olub Florensiya, İtaliyada 1-4 aprel, 2017-ci ildə baş tutmuşdur.
Konqresin mövzusu "Psixi Sağlamlıq naminə birlikdə" olmaqla bu sahədə cari səyləri vurğulayaraq psixi sağlamlığın ictimai səhiyyənin mühüm tərkib hissəsi olduğunu - bütün Avropa ölkələrində insan, sosial və iqtisadi kapitala mühüm təsir göstərdiyini təsdiqləmək məqsədi daşıyır. |
daha ətraflı -> |
|
|
|
|
|
|
30.01.2017 Autizm spektrli pozuntular |
Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən “Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi" layihəsi çərçivəsində AR Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində 30 yanvar- 3 Fevral 2017-ci il tarixlərdə 6 günlük treninq həyata keçirilmişdir. |
daha ətraflı -> |
|
|
|
|
|
|
27.01.2017 Vərəm əleyhinə ictimai vəkillik təlimi |
Advokasiya təlimi, Vərəmlə mübarizə üzrə Azərbaycan Koalisiyasının (TBAZC) və digər vətəndaş cəmiyyəti üzvülərinin bir araya gələrək Azərbaycanda vərəmlə əlaqəli tibb xidmətlərinin ambulator modelinə keçidilə bağlı mövcud maneə və ehtiyacların aradan qaldırılmasına yardım edir və qərar qəbul edən şəxslər tərəfindən vərəm siyasətində zəruri dəyişiklərin aparılmasına nail olmaq məqsədilə təlim iştirakçılarının bilik və və bacarıqlarının artırılmasına kömək göstərir. Təlimdə vərəmlə mübarizədə mühüm rol oynaya biləcək müxtəlif təşkilat və qurumların nümayəndələri, o cümlədən Psixi Sağlamlıq Mərkəzinin işçi heyəti iştirak etmişdir. |
daha ətraflı -> |
|
|
|
|
|
26.01.2017 Əhalinin psixi sağlamlıqla bağlı maarifləndirilməsi |
26.01.2017-ci il tarixində Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzində əhalinin psixi sağlamlığa dair maarifləndirilməsi mövzusunda tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, Azərbaycanda intihar hallarının azalması müşahidə edilir. Səhiyyə Nazirliyi bu istiqamətdə zəruri maarifləndirmə işləri həyata keçirir. Bununla əlaqədar olaraq, qeyd edilmişdir ki, geniş ictimaiyyətin bu mövzuda maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. |
daha ətraflı -> |
|
|
|
|
|
|
16.01.2017 Uşaq psixi sağlamlığına dair treninq |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində 16-20 yanvar 2017-ci il tarixlərdə 5 günlük treninq həyata keçirilmişdir. Treninq xarici mütəxəssislər - “Psixiatriyada Qlobal Təşəbbüs”-Tbilisi təşkilatının əməkdaşları Nino Maxaşvili və Cana Cavaxişvili tərəfindən təqdim edilmişdir. Treninq zamanı uşaqlarda rast gəlinən emosional və davranış pozuntuları geniş müzakirəyə çıxarılmışdır. |
daha ətraflı -> |
|
|
|
|
|
15.12.2016 Koqniiv-davranış terapiyası |
Hörmətli psixoloq və psixiatrlar! 10 yanvar, 2017-ci il tarixində professor Fuad İsmayılovun rəhbərliyilə koqnitiv-davranış terapiyası treninqi başlayacaqdır. Treninqdə iştirak edənlərə sonda sertifikat təqdim olunacaqdır. Ətraflı məlumat üçün Psixi Sağlamlıq Mərkəzinə zəng etməyiniz xahiş edilir. |
daha ətraflı -> |
|
|
|
|
|
|
24.12.2016 Bədən.İnsan.Səs layihəsi |
24 dekabr 2016-cı ildə Şəhriyar adına Mədəniyyət evində Bədən.İnsan.Səs adlı sosial layihə baş tutmuşdur. |
daha ətraflı -> |
|
|
|
|
|
|
22.10.2016 Psixi problemli insanlara qarşı stiqmaya son qoyaq! |
Psixi Saglamliq Mərkəzinin Psixososial reabilitasiya şöbəsi işçi ve pasiyentlərlə birlikdə içərişəhərə gəzinti təşkil etdi. Psixi problemləri olan insanlara qarşı stiqmaya (damğaya) ve diskriminasiyaya (ayri-seçkiliyə) son qoyaq. Onların təhlükəli olmadığını, qayğıya ehtiyaclarının olduğunu geniş kütlələrin diqqətinə çatdırmaq lazımdır.
|
daha ətraflı -> |
|
|
|
|
|
|
22.11.2016 İnsan alveri qurbanlarına tibb xidmətinin göstərilməsi üzrə treninq |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə 22-24 noyabr tarixlərində İnsan alveri qurbanlarına tibb xidmətinin göstərilməsi adlı treninq təşkil edilmişdir. Treninqdə Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji Yardım Şöbəsinin müdiri Kəmalə Talıbova, psixoloqlar - Aygün Sultanova, Günel Vəliməmmədova və Fidan Rəhmanova fəal iştirak etmişdirlər. Treninqin sonunda iştirakçılar sertifikatlarla təltif edilmişdirlər. |
daha ətraflı -> |
|
|
|
|
|
|
02.10.2016 Psixoloji müayinəyə dair metodik tövsiyə |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 iyun 2016-cı il 33 saylı qerarı ile təsdiq edilmiş Psixoloji müayinəyə dair metodik tövsiyə dərc olundu. Metodik tövsiyənin müəllifləri t.e.d. professor Fuad İsmayılov və Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Aygün Sultanovadır.
|
daha ətraflı -> |
|
|
|
|
|
1
2 3
|