Psixi Sağlamlıq Mərkəzində regionlarda psixoloji xidmətin təşkilinə dair treninq təşkil edilmişdir. Treninqdə bölgələrdə-Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Quba, Lənkəran, Şirvan şəhərlərində fəaliyyət göstərən psixoloqlar, psixiatrlar, loqopedlər iştirak etmişdir. Mərkəzimizin həkim və psixoloqları psixoloji xidmətin təşkili, həmçinin psixi xəstəliklər və onların müasir müalicə üsulları, reabilitasiya proqramları haqqında təqdimatlarla çıxış etmişdirlər. |