aze rus eng
 
Faydalı məlumatlar

Əlillərin hüquqları haqqında konvensiya

Psixi sağlamlıq sahəsində milli strategiya

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu

ətraflı oxu
Konsultativ-poliklinika Şöbəsi

       Müalicə konsultativ şöbə


     Müalicə konsultativ şöbə AR SN Psixi Sağlamlıq Mərkəzinin nəzdində 2012-ci ildə yaradılıb. Şöbənin əsas funksiyası psixi xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasıdır. Şöbədə 18 yaşından yuxarı şəxslərə xidmət göstərilir.
Müalicə konsultativ şöbə fəaliyyət göstərməyə başlayandan etibarən xəstələrin ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən müayinəsi daha rahat və asan olmuşdur. Yardım üçün gələn şəxslər hər tərəfli diaqnostik müayinədək keçir və ehtiyac olduqda müalicəyə başlanılır.

 

       Bizim multidistiplinar komandamız:

     Şöbədə psixi sağlamlığın qayğısına qalan müxtəlif mütəxəssisləri çalışır:


      • Psixiatr - ixtisaslaşmış həkim, psixi pozuntuların diaqnostika və müalicəsi ilə məşqul olur.
Digər mütəxəssislərdən fərqli olaraq psixiatrlar dərman preparatlarından istifadə edirlər, hansılarki psixi pozuntuların medikamentoz müalicəsində istifadə olunur.


      • Klinik psixoloq - psixi proseslərin (təfəkkür, emosiya, davranış) pozulmasına səbəb olan faktorları aradan qaldıran və profilaktikasını təmin edən mütəxəssisdir. Psixoloji problemləri həll etmək üçün kliniki psixoloq müxtəlif psixoterapiya üsullarından istifadə edir.


      • Sosial işçi - psixi problemlərdən əziyyət şəkən insanların həyat keyfiyyətini yaxşılaşdıran və cəmiyyətdə özünə yer tapmasına yardım edən mütəxəssisdir.


      • Nevropatoloq - nevroloji xəstəliklərin diaqnostika və müalicəsini həyata keçirən həkimdir. Psixiatrdan fərqli olaraq nevroloq psixi pozuntuları yox, mərkəzi və periferik sinir sisteminin xəstəliklərini müalicə edir.


      • Tibb bacısı - xətələrə qulluq edən ixtisaslaşmış tibb işçisidir. Xəstənin vəziyyətinə nəzarət etmək, təyin olunmuş müalicəni həyata keçirmək və kəskinləşmənin qarşısını almaqda kömək göstərmək tibb bacısının əsas vəzifəsidir.

     Bizim komandamızın əsas məqsədi problemləri birgə müzakirə və həll etmək, xəstənin özünə və ailə üzvlərinə hərtərəfli yardım göstərməkdir.

      Bizim işimizin əsas məqsədləri:

      • Göstərilən yardımın keyfiyyətinin yüksək olmağı;
      • Bizim pasiyentlərə qarşılıqlı inam və əməkdaşlıq yaratmaq;
      • Pasiyentin və onun yaxınlarının hüquq və maraqlarına hörmət göstərmək;
      • Göstərilən xidmətin anonimliyi və gizliliyi qorumaq;
      • İndividual tələbatları nəzərə alaraq kompleks yanaşma.

      Biz nə ilə məşqul oluruq?

      • Bizə yardım üçün müraciət edən insanların müayinəsi və konsultasiyası;
      • Ölkədə qəbul edilmiş XBT-10 üzrə psixi pozuntuların diaqnostikası;
      • Pasiyentin və onun ətrafının tələbatlarının qiymətləndirilməsi;
      • Yardım planının tərtibi;
      • Müxtəlif psixi pozuntuların dərmanlarla müalicəsi;
      • Psixoterapevtik müdaxilələrin həyata keçirilməsi;
      • Keys-menecment və erkən müdaxilə proqramı;
      • Xəstənin vəziyyəti, müalicəvi müdaxilələr, yardımın nəticəsi barədə monitorinq;
      • Stasionar yardım sisteminə göndəriş.

 

HAQQIMIZDA XİDMƏTLƏR QALEREYA METODİK-TƏŞKİLİ ŞOBƏ XƏBƏRLƏR FAQ ƏLAQƏ
saytlarin hazirlanmasi iş elanları