Təcili Psixoloji Yardim şöbəsi nədir? Psixi Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən peşəkar psixiatr, psixoloq, sosial işçi və tibb bacılarından ibarət olunmuş Təcili Psixoloji Yardım Şöbəmizdir. Burda Sizə professional multidistiplinar komanda şəklində yardım etməyə hazırıdır. Bu, kompleks müayinə və müalicə xidməti göstərən Azərbaycanda ilk və yeganə mərkəzdir.
Təcili Psixoloji Yardim şöbəsində kimlər müraciyət edə bilər?
Təcili Psixoloji Yardim şöbəsinə psixoloji problemləri olan və ya muayinə keçmək istəyən hər bir insan müraciyət edə bilər.
Hansı problemlər psixoloji problemlərə aidir? Əgər Sizdə aşağıda sadalanan suallara cavabınız müsbətdir, deməli psixoloji problemləriniz var: Əhval-ruhiyyəniz aşağı düşüb? Maraq və zövqləriniz azalıb? Özünüzü həddindən artıq halsız və əzgin hiss edirsiniz? Adi bir şeyə əsəbləşirsiniz? Özünüzü günlərlə, hətta həftələrlə keçməyən stress altında hiss edirsiniz? Ətrafınızdakı insanlar sizi başa düşmür? İnsanlar ilə ünsiyyət qurmaqda çətinlik çəkirsiniz? Yuxu və yeməklə bağlı problemləriniz yaranıb? Ailədaxili problemləriniz yaranıb? Hər hansı dəhşətli hadisənin baş verə biləcəyinə dair fikirlər sizi narahat edir? Həyəcanı dayandırmaq və ya ona nəzarət etmək iqtidarında deyilsiniz? Eyni fikirlərin və hərəkətlərin təkrarlanması sizi bezdirib? Keçmişdə baş verən xoşagəlməz hadisələri hələ də unuda bilmirsiniz? Qorxular həyatınızı alt-üst edib?
Təcili Psixoloji Yardim şöbəsində hansı pozuntuların muayinə və müalicəsi aparılır?
1. Kəskin stress reaksiyaları 2. Depressiya 3. Posttravmatik stress pozuntusu (PTSP) 4. Adaptasiya pozuntuları 5. Somatizə olunmuş pozuntu 6. İpoxondrik pozuntu 7. Dissosiativ-konversion pozuntu 8. Təşviş pozuntuları a. Generazilə olunmuş təşviş pozuntusu b. Təlaş (panik) pozuntusu c. Sosial fobiya d. Aqorafobiya e. Spesifik fobiyalar 9. Obsessiv-kompulsiv pozuntular 10. Seksual pozuntular 11. Suisidal cəhdlər 12. Qida qəbulunun pozuntuları a. Anoreksiya b. Bulimiya 13. Yuxu pozuntuları
Təcili Psixoloji Yardim şöbəsində hansı xidmətlər göstərilir?
1. Psixofarmakoterapiya (dərman terapiyası) 2. Psixoterapiya: a. İnterpersonal psixoterapiya b. Koqnitiv-bihevioral psixoterapiya c. Geştalt terapiyası d. Qrup terapiyası e. Ailə terapiyası 3. Psixoloji testlər vasitəsilə müayinə 4. Sosial sferadakı problemlərin müəyyənləşdirilməsi və müdaxiləsi 5. "İnam" telefon xətti (012-566-50-61) vasitəsilə pulsuz psixoloji yardımın göstərilməsi
|