aze rus eng
 
Faydalı məlumatlar

Əlillərin hüquqları haqqında konvensiya

Psixi sağlamlıq sahəsində milli strategiya

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu

ətraflı oxu
Psixo-sosial Reabilitasiya Şöbəsi
  Psixososial reabilitasiya nədir?
 Psixososial reabilitasiya psixi xəstəliklərdən əziyyət çəkən insanlara cəmiyyətdə sərbəst şəkildə fəaliyyət göstərməyə yardım edən prossesdir.

  Bizim mərkəzdə psixososial reabilitasiya necə keçirilir?
  Bizim mərkəzdə keçirilən reabilitasiya prossesi multidistiplinar komanda tərəfindən həyata keçirilir.

  Multidistiplinar komanda nədir?
  Bu komanda eyni məqsədə çatmaq üçün çalışan müxtəlif ixtisasa malik mütəxssislərdən ibarətdir.

  Multidistiplinar komandaya daxildir:
      • Həkim-psixiatr
      • Kliniki psixoloq
      • Sosial işçi
      • Art-terapevt
      • Əmək terapevti
      • Tibb bacısı

  Pasiyent üçün komanda üstünlüyü nədir?
      • İntensiv müşahidə
      • Mütəxəssislərlə əlaqənin intensivliyi
      • Daimi nəzarətdə olan müalicə
      • Psixoterapevt köməyin böyük seçimi
      • Ailə üzvlərinə və yaxınlara yardım
      • Ehtiyac olanda digər idarələrlə əlaqə yaratmaq
      • Problemin həllinə hərtərəfli yanaşma

  Psixososial reabilitasiya hansı prossesləri özündə birləşdirir?
  Psixososial reabilitasiya prossesləri pasiyentin təlabatından asılı olaraq dəyişir. Bu prosseslərə daxildir:
      • Psixiatr konsultasiyası
      • Sosial işçi konsultasiyası
      • Koqnetiv Remediasiya Terapiyası
      • Əmək terapiyası
      • Psixoterapiya
        - İndividual psixoterapiya
        - Qrup terapiya
        - Art terapiya
        - Dram terapiya
        - "Sand" terapiya (qum terapiyası)

  Reabilitasiya proqramının davametmə müddəti nə qədərdir?
  Reabilitasiya proqramının davametmə müddəti pasiyentin vəziyyəti və tələbatından asılıdır.

 

HAQQIMIZDA XİDMƏTLƏR QALEREYA METODİK-TƏŞKİLİ ŞOBƏ XƏBƏRLƏR FAQ ƏLAQƏ
saytlarin hazirlanmasi iş elanları