Təşkilatı metodiki şöbə nədir? Təşkilatı metodiki şöbə AR SN-nin tabeçiliyində olan psixiatriya kabinetlərini və psixiatrik müəssisələri informasiya ilə təmin edən sistemdir. Təşkilati-metodiki şöbənin funksiyalarına daxildir: - Psixi sağlamlıq sahəsində informasiya sisteminin dəqiq məlumatlarının təqdim etməsinin təminatıdır. - Psixi sağlamlıq sahəsində göstərilən xidmətlərin keyfiyyətinin; yaxşılaşdırılması məqsədi ilə monitorinqlərin keçirilməsi; - Müxtəlif mütəxəssislər üçün treninq və tədris proqramları təşkil etmək yolu ilə psixi sağlamlıq sahəsində işçi qüvvələrin təkmilləşdirilməsi. Psixi sağlamlığın informasiya sistemi nədir? - Statistik və epidimieloji məlumatların toplanması; - Analiz məqsədi ilə məlumatların kompyuter vasitəsi ilə işlənməsi; - Əldə olunan göstəricilərin analizi və öyrənilməsi; - Analiz nəticələrinin paylanılması; - Psixi sağlamlıq sahəsində xidmətlərin qiymətlənidirilməsi məqsədi ilə informasiyaların istifadəsi; Monitorinq və xidmətlərin keyfiyyətinin təmin olunması nədir? Monitorinq - psixi sağlamlıq sahəsində baş verən dəyişikliklərin dərəcəsini daima ölçən sistemdir. Planlaşdırma - həyata "keçirtmə-yoxlama-hərəkət" adlı metodoloji metoda əsaslanır. Bura daxildir: - Keyfiyyətin yaxşılaşdırması üçün məqsəd və tapşırıqların müəyyənləşdirilməsi; - Standartların, indikatorların və monitorinq vasitələrinin işlənib hazırlanması; - Kliniki praktikanın nəticələrini və onun seçilmiş standartlara uyğun olub olmamsının yoxlanılması; - Kliniki protokolların yaxşılaşdırılması məqsədi ilə dəyişikliklərin həyata keçirilməsi. AR SN PSM-nin mütəxəssisləri vaxtaşırı ölkənin regionlarında psixiatriya müəssisələrində yoxlama aparırlar. Eyni zamanda hal-hazırda monitorinq yaradılması üzərində iş aparılır və bu monitorinq vasitəsi göstərilən yardımın qiymətləndirilməsinin obyektiv olmasına imkan yaradır. Psixi sağlamlıq sahəsində planlaşdırma nədir? Hal-hazırda Psixi Sağlamlıq Mərkəzi tərəfindən aşağıdakı vəsaitlər hazırlanıb: - Müalicə və diaqnostika üzrə kliniki protokollar: - Demensiya
- Təşvişli pozuntular
- Post-travmatik stress pozuntusu
- Psixiatrik dispanser müşahidəsi haqqında; - Müalicəvi-konsultativ psixiatrik yardım haqqında; - Normativ sənədlər; - Psixi sağlamlıq sahəsində kadr potensialının təkmilləşdirilməsi üzrə milli strategiya; - Autizm üzrə mərkəzin yaradılması layihəsi. Psixi sağlamlıq mərkəzində yeni kadrların hazırlanmasında böyük işlər görülür: Bu il ərzində aşağıdakı treninqlər keçirilib: - Psixi sağlamlıq sahəsində sosial işlər (Fuad İsmayılov) - (noyabr, dekabr 2012); - Azərbaycan psixi sağlamlıq müəssisələrində reabilitasiyanın keçirilməsi -Ruqa Lokosatite, Rosa Verseçkayte (1-5 fevral 2013); - Jurnalistlər üçün psixi sağlamlıq haqqında treninq - Arunas Qermenyabiçus (mart 2013) - Tətqiqat metodları və statistik hazırlanma SPSS məlumatlarının analizi - Anar Vəliyev (mart, aprel 2013); - Tibbi xidmətlərin keyfiyyəti və onların monitorinqi - Yaşar Qocayev (aprel 2013); - Təcili psixoloji yardım - Aysel Babayeva (may 2013); - Psixozların diaqnostika və müalicə metodları - Türkiyədən professor qruppası (may 2013); - Psixi pozuntuları olan insanların hüquqlarının müdafiəsi - Nana Zavdraşvili (iyun 2013); - İlkin səhiyyə sistemində çalışan həkimlər üçün depressiyanın diaqnostika və müalicəsi üzrə kliniki protokol - Rüstəm Salayev (iyul-avqust 2013); - Koqnitiv-davranış psixoterapiyası -Fuad İsmayılov (may-avqust 2013). - Mütəxəssislərin iştirak etdiyi xarici treninqlər: - Litvada psixi sağlamlıq sistemi ilə tanışlıq 4 mütəxəssis (Vilnüs, 16-24 sentyabr, 2012); - WİS-R və Standford - Binet testlərinin İQ-ni müəyyən etmək üçün istifadəsi üzrə tuninq - 1 mütəxəssis (Ankara 5-8 aprel 2013); - Tətqiqat metodları və tibb elmində etik aspektlər - 5 mütəxəssis (İstanbul, iyun-iyul 2013); - Türkiyədə psixi sağlamlıq sistemi ilə tanışlıq 7 mütəxəssis (Ankara, 7-28 sentyabr 2013); - Maqistr proqramı - 2 mütəxəssis (Lissobon 2012-2013; 2013-2014); Digər təşkilatlarla iş birliyi: - Fövqəladə Hallar Nazirliyi ilə "Xilasetmə işləri zamanı psixoloji yardımın təşkili" - 3 dörd günlük treninq; - Gənclər və Turizm Nazirliyi ilə "Krizis halları və müdaxilələr" -dörd günlük treninq; - Müharibə veteranlarının ictimai birliyi "Hərbi xidmətdən kənarlaşdırılmış hərbiçilərin mülki həyata adaptasiyası" - aylıq ləyihə; - Avropa birliyi "Azərbaycanın beş regionunda psixi sağlamlıq sahəsində keyfiyyətinin qaldırılması" - 2 illik layihə; |